İkiüzlü dam
Damın hündürlüyü adətən 1,5 m - 3 m aralığında olur.
Damlar müxtəlif konstruksiyalarda hazırlana bilər. İkiüzlü və dördüzlü dam formaları üstünlük təşkil edir. Evin üst örtüyü üçün istifadə olunan əsas taxtaların (aşırım, tir) en kəsiyi əsasən, 5sm x 20sm ölçülərdə olur. Bundan əlavə, dam konstruksiyasının müxtəlif elementlərinin hazırlanmasında en kəsiyi 5sm x 15sm, 5sm x 10sm, 5sm x 5sm, 3sm x 10sm və s. ölçülərdə olan taxtalardan da istifadə olunur. Bu tipli taxtalar əsasən 4m və 6m uzunluqda olur. Damın metal örtüyündən əvvəl, maili taxtaların üstünə zolaq taxtalar (tamasalar) vurulur ki, bunların da qalınlığı adətən 3-5 santimetr, eni 5sm, 7sm, 10sm olur.