Damın hündürlüyü adətən 1,5 m - 3 m aralığında olur.
Damlar müxtəlif konstruksiyalarda hazırlana bilər. İkiüzlü və dördüzlü dam formaları üstünlük təşkil edir. Evin üst örtüyü üçün istifadə olunan əsas taxtaların (aşırım, tir) en kəsiyi əsasən, 5sm x 20sm ölçülərdə olur. Bundan əlavə, dam konstruksiyasının müxtəlif elementlərinin hazırlanmasında en kəsiyi 5sm x 15sm, 5sm x 10sm, 5sm x 5sm, 3sm x 10sm və s. ölçülərdə olan taxtalardan da istifadə olunur. Bu tipli taxtalar əsasən 4m və 6m uzunluqda olur. Damın metal örtüyündən əvvəl, maili taxtaların üstünə zolaq taxtalar (tamasalar - reykalar) vurulur ki, bunların da qalınlığı adətən 3-5 santimetr, eni 5sm, 7sm, 10sm olur.