Taxtanın həcminin (kub metr) hesablanması

0.00
Taxta

Tikintidə istifadə olunan taxtalar adətən qalınlıq × en ölçüsü ilə ifadə olunur. Azərbaycanda ən çox istifadə olunan ölçülər aşağıdakılardır.

Ölçü (sm)İstifadə sahəsi
2 × 10Yüngül konstruksiyalar, üzlüklər
3 × 10Arakəsmələr, köməkçi elementlər
3 × 4Reyka, karkas işləri
3 × 5Dam örtüyü altlıqları
4 × 4Karkas və dayaqlar
5 × 5Laqa və karkas işləri
5 × 10Dam, qəlib, karkas, dirək
5 × 15Döşəmə laqaları, dam tirləri
5 × 20Böyük yük daşıyan elementlər

Taxtalar ən çox 2 m, 3 m, 4 m və 6 m uzunluqlarda satılır. Bazarda xüsusilə 5×10 sm5×15 sm ölçülü taxtalar fərdi ev tikintisində geniş istifadə olunur.

Taxta növləri

  • Tikinti taxtası – qəlib, dam və karkas işləri üçün istifadə olunur.
  • Döşəmə taxtası – evin döşəməsində yükdaşıyıcı element kimi döşəmə örtüyünün altında yerləşdirilir.
  • Tamasa (reyka) – dam örtüyünün altında müxtəlif elementlərdə istifadə edilir.
  • Şalban və tirlər – iri daşıyıcı konstruksiyalarda tətbiq olunur.

Taxtanın həcminin hesablanması

Taxtanın həcmi aşağıdakı düsturla hesablanır:

V = a × b × L

  • a – qalınlıq (m)
  • b – en (m)
  • L – uzunluq (m)

Məsələn, 5×10 sm ölçülü və 6 m uzunluqlu bir taxtanın həcmi:
0.05 × 0.10 × 6 = 0.03 m³

Beləliklə, 1 m³ həcmdə təxminən 33 ədəd 5×10 sm ölçülü, 6 m uzunluqlu taxta yerləşir.