yt

İş zamanı sağlamlığı qoruyan vasitələr


Tikintidə təhlükəsizlik məsələləri


Tikinti və təmir işlərini yerinə yetirərkən hər bir işçi və həmin işçini çalışdıran şəxslər onun sağlamlıq və təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər. Bu məqalədə inşaatda müxtəlif işləri yerinə yetirən işçilərin təhlükəsizliyi üçün gərəkli olan geyimlər haqqında məlumat verilib.


Dam işləri üçün təhlükəsizlik geyimləri

dam

Hündürlük kəməndi - hündürlükdən yıxılma zamanı işçini saxlayır;

Sürüşməyən çəkmələr - maili səthdə sürüşmə riskini minimuma endirir;

Əlcək - əlləri iti alət və materiallardan qoruyur;

Dəbilqə - başı düşən materiallardan qoruyur;

Sanitariya texnikası işləri üçün təhlükəsizlik geyimləri

sanitariya

Əlcək - əlləri kimyəvi maddələrdən və iti tillərdən qoruyur;

Təhlükəsizlik eynəyi - su, zibil və kimyəvi maddələrin gözə daxil olmasının qarşısını alır;

Respirator - ağciyəri plastik boruların qaynaq işləri zamanı əmələ gələn zərərli havadan və həmçinin kanalizasiyalardakı zərərli qazlardan qoruyur;

Qulaqlıqlar - burğu və ya elektrik mişarı kimi deşici və kəsici alətlərdən gələn səsləri azaldır;

Elektrik işləri üçün təhlükəsizlik geyimləri

elektrik

İzolyasiyaedici əlcək - cərəyanvurmadan qoruyur;

Üz qalxanı - üzü elektrik qövs və qığılcımlarına qarşı qoruyur;

Təhlükəsizlik çəkmələri - ayaqları elektrik axınına qarşı qoruyur;

Dəbilqə - yüksək gərginlikli elektrik qurğularının quraşdırılması zamanı başı mümkün zərbələrdən qoruyur;

Beton işləri üçün təhlükəsizlik geyimləri

beton

Əlcək - əlləri sementin kimyəvi xüsusiyyətlərindən və iti cisimlərdən qoruyur;

Təhlükəsizlik eynəyi - gözləri sıçrayan betondan qoruyur;

Rezin uzunboğaz çəkmələr - ayaqları yaş betonla təmasdan qoruyur;

Respirator - sementlə iş zamanı sement tozunun udulmasını əngəlləyir;

Söküntü işləri üçün təhlükəsizlik geyimləri

söküntü

Maska və ya respirator - söküntü zamanı qalxan tozun ağciyərə dolmasının qarşısını alır;

Əlcək - əlləri kəskin tilli cisimlərdən və taxta qırıntılarından qoruyur;

Dəbilqə - söküntü zamanı yüksəkdən düşən və ya uçan cisimlərdən başı qoruyur;

Dəmir burunlu çəkmələr - ayaqları ağır cisimlərdən qoruyur;

Taxtabənddə işləmək üçün təhlükəsizlik geyimləri

taxtabənd

Hündürlük kəməndi - hündürlükdən yıxılma zamanı işçini saxlayır;

Dəbilqə - yüksəkdən düşən alət və cisimlərdən başı qoruyur;

Sürüşməyən çəkmələr - taxtabənddə gəzərkən sürüşmə riskini azaldır;

Dülgərlik işləri üçün təhlükəsizlik geyimləri

dülgərlik

Əlcək - əlləri talaşa, yonqar və iti alətlərdən qoruyur;

Qulaqlıqlar - elektrik mişarı və digər kəsici alətlərdən gələn yüksək səsi azaldır;

Təhlükəsizlik eynəyi - taxta yonqarının və tozunun gözə düşməsinin qarşısını alır;

Toz maskası - taxta tozunun udulmasının qarşısını alır;

Qaynaq işləri üçün təhlükəsizlik geyimləri

qaynaq

Qaynaqçı qalxanı - gözləri və üzü qığılcımdan və UB (ultrabənövşəyi) şüalardan qoruyur;

Qaynaqçı əlcəyi - istiyədavamlıdır və əlləri qoruyur;

Alışmayan paltar - üstünə qığılcım düşdükdə alışmır;

Respirator - qaynaq tüstüsünün udulmasının qarşısını alır;

Texnika ilə qazıntı işləri üçün təhlükəsizlik geyimləri

qazıntı

Dəbilqə - uçan cisimlərdən başı qoruyur;

Dəmir burunlu çəkmələr - ayaqları ağır cisimlərdən və ayaq barmaqlarını nahamar səthlərdən qoruyur;

Parlayan gödəkçə - işçilərin operator tərəfindən görülməsini asanlaşdırır;

Əlcək - alətlərlə iş zamanı əl dərisini yeyilməkdən qoruyur;

Boyama işləri üçün təhlükəsizlik geyimləri

boyama

Respirator - ağciyərləri boyalardan qalxan uçucu maddələrdən qoruyur;

Təhlükəsizlik eynəyi - gözləri sıçrayan boyanın kimyəvi təsirlərindən qoruyur;

Əlcək - əlləri boyadan və kimyəvi qarışıqlardan qoruyur;

Qoruyucu geyim - boyanın dəri ilə təmasını əngəlləyir;