
Yeni Smeta proqramımız sayəsində internetin əlçatan olduğu istənilən yerdən və istənilən cihazdan yaratdığınız smeta cədvəllərindəki işlərinizi davam etdirə bilərsiniz. 12-dək fərqli ev, hotel, bina və sair tikinti və ya təmir layihələriniz üçün xərcləri öncədən proqnozlaşdıra bilərsiniz.
Proqramda material xərcləri, işçi xərcləri, daşıma, avadanlıq və digər xərcləri ayrılıqda idarə edə bilərsiniz. Bundan əlavə proqramın idarəetmə panelində material və xidmətlər üçün qiymətləri idarə edə və layihələr daxilində bu qiymətləri görə bilərsiniz. Smeta proqramının START və PRO versiyalarının müqayisəsi aşağıda göstərilib.
Proqramda eyni zamanda bir neçə nəfərin fərqli bölmələrdə işləməsi ilə işin sürətini xeyli artırmaq mümkündür. Bundan ötrü bir imeyllə qeydiyyatdan keçmək kifayətdir.
💳❕ İstifadəçilərin təhlükəsizlik qayğılarını nəzərə alaraq lisenziyanın əldə edilməsi üçün tələb olunan ödəniş üçün kart məlumatları daxil etmək tələb olunmur. Ödəniş aşağıdakı kart hesabına seçilmiş versiyaya uyğun olaraq 24 AZN (6 aylıq START versiyanın dəyəri) və ya 86 AZN (1 illik PRO versiyanın dəyəri) lisenziya məbləğini köçürməklə başa çatır. Ödəniş qəbzini elektron poçt ünvanımıza və ya vatsap nömrəmizə göndərdikdən sonra uyğun lisenziyanı əldə edirsiniz.
contact@evtik.az
+994552801918